Ən az səlahiyyət prinsipi praktikada: rol modelini necə qurmalı
·7 dəq oxu·RBAC · giriş · audit
Bir hesabın ələ keçirilməsinin nəticəsi həmin hesabın səlahiyyətləri ilə düz mütənasibdir. Ən az səlahiyyət prinsipi zərərin miqyasını məhdudlaşdırır.
Model qurma
- Rolları vəzifəyə görə deyil, iş funksiyasına görə təyin edin
- Defolt rolu ən az səlahiyyətli edin; yüksəltmə müvəqqəti və təsdiqlə olsun
- Rolları istifadəçi profilində deyil, ayrı cədvəldə saxlayın
- Hər səlahiyyət dəyişikliyini audit jurnalına yazın
- Rüblük giriş icmalı keçirin və istifadə olunmayan hesabları söndürün
Onboarding və offboarding
Ən çox unudulan risk: işdən çıxan əməkdaşın SaaS hesablarının aktiv qalması. Hesabların bağlanması üçün yazılı checklist saxlayın və bunu HR prosesinə bağlayın.